5bdbe753-7be2-4a64-bd31-bc23f87abe56..jpg

Argentina millisi ölkə prezidentinə görə turnirlərdən kənarlaşdırıla bilər

Baxış sayı: 811 dəfə baxılıb.

Argentina millisi ölkə prezidentinə görə turnirlərdən kənarlaşdırıla bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina millisi ölkə Prezidenti Xavyer Mileyin təklifi səbəbindən beynəlxalq
turnirlərdən kənarlaşdırıla bilər.

Bu barədə AS portalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, Miley ölkə başçısı seçilən kimi milli klubların idman səhmdar
cəmiyyətlərinə çevrilə biləcəyini deyib. Bu məsələ təcili ehtiyac haqqında
fərmanda öz əksini tapıb.

Argentina İdman Konfederasiyası (CAD) Mileyin təklifinə qarşı çıxıb, çünki
Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyasının
qaydalarına əsasən, dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə
ciddi cəzalar nəzərdə tutulub. Müdaxilə səbəbindən Argentina millisi Amerika
Kuboku və Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.

Xatırladaq ki, dekabrın 20-də Miley xalqa müraciət edərək, iqtisadiyyatın
yenidən requlyasiyasına yönəlmiş islahatlarlafövqəladə fərman
imzaladığını açıqlayıb.

Source link