Argentina Futbol Assosiasiyası Lionel Skalonini yığma komandanın baş məşqçisi vəzifəsinə təyin edib.
ÇıxışYolu.Com bununla bağlı TASS agentliyinə istinadla məlumat verir.
Ona Pablo Aymar və Martin Takolli kömək edəcəklər. Ona qədər isə Argentina yığma komandasına Xorxe Sampaoli baş məşqçilik edirdi.
Skaloni 2017-ci ildən Argentina yığmasında köməkçi-məşqçi qismində çalışırdı. 40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində İspaniyanın “Deportivo”, “Rasinq”, “Malyorka”, İtaliyanın “Latsio” və İngiltərənin “Vest Hem” komandalarında çıxış edib və Argentina millisində yeddi oyun keçirib.