Argentina millisinin baş məşqçisi ilə yollar ayrıldı

Baxış sayı: 3. 523 dəfə baxılıb.

Argentina millisinin baş məşqçisi ilə yollar ayrıldı

Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

ÇıxışYolu.Com xəbər verir ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.

1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə beş ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Masçerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

S.M.
www.ÇıxışYolu.Com