“TyC Sports” telekanalı Argentina millisinin DÇ-2018 üçün yekun heyətinin bəlli olduğunu iddia edib.
ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli bu mövsüm 29 qolla İtaliya A Seriyasının bombardiri olmuş “İnter”in hücumçusu Mauro İkardini heyətə daxil etməyəcək.
Telekanalın iddiasına görə, mundiala aparılacaq yekun 23 futbolçu bunlar olacaq:
Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”, İngiltərə), Vili Kabalyero (“Çelsi”, İngiltərə), Franko Armani (“River Pleyt”);
Müdafiəçilər: Markos Roxo (“Mançester Yunayted”, İngiltərə), Kristian Ansaldi (“Torino”, İtaliya), Nikolas Talyafiko (“Ayaks”, Hollandiya), Qabriel Merkado (“Sevilya”, İspaniya), Nikolas Otamendi (“Mançester Siti”, İngiltərə), Federiko Fasio (“Roma”, İtaliya);
Yarımmüdafiəçilər: Maksimiliano Mesa (“İndependiente”), Xavier Maskerano (“Hebey Çayna Forçyun”, Çin), Manuel Landini (“Vest Hem”, İngiltərə), Covani Lo Selso, Anxel Di Mariya (hər ikisi PSJ, Fransa), Lukas Bilya (“Milan”, İtaliya), Ever Baneqa (“Sevilya”, İspaniya), Kristian Pavon (“Boka Xuniors”), Eduardo Salvio (“Benfika”, Portuqaliya), Markos Akunya (“Sportinq”, Portuqaliya);
Hücumçular: Qonsalo İquain, Paulo Dibala (hər ikisi “Yuventus”, İtaliya), Lionel Messi (“Barselona”, İspaniya), Serxio Aquero (“Mançester Siti”, İngiltərə).
Qeyd edək ki, mundial öncəsi Haiti və İsraillə yoxlama oyunları keçirəcək Argentina millisi dünya çempionatında İslandiya, Xorvatiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com