faa2d574-6663-4d0f-91c3-f18600ee69ce..jpg

Argentina millisinin futbolçusu əfsanəvi Maradonanı qabaqlayıb

Baxış sayı: 673 dəfə baxılıb.

Argentina millisinin futbolçusu əfsanəvi Maradonanı qabaqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina millisinin futbolçusu Anxel Di Mariya məhsuldar ötürmə sayında
əfsanəvi Dieqo Maradonanı qabaqlayıb.

Cixisyolu.com xəbər verir ki, yarımmüdafiəçi buna Salvador millisi ilə yoldaşlıq
matçında nail olub.

36 yaşlı vinger 27 məhsuldar ötürmə ilə Maradonanı geridə qoyaraq Argentina
tarixində bu göstəricidə ən yaxşı ikinci oyunçu olub. Mərhum Maradonada bu
göstərici 26-ya bərabər idi.

Millidə məhsuldar ötürmələrin sayına görə Lionel Messi liderdir. O,
Argentinanın heyətində 54 assistə imza atıb.

Qeyd edək ki, Argentina millisi Salvador yığması ilə matçda 0:3 hesablı qələbə
qazanıb.

Source link