89fae195-4061-400f-8037-a8fda6d1c18b..jpg

Argentina millisinin üzvü “Mançester Siti” ilə altı illik müqavilə bağlayacaq

Baxış sayı: 513 dəfə baxılıb.

Argentina millisinin üzvü “Mançester Siti” ilə altı illik müqavilə bağlayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinanın U-17 yığmasının üzvü Klaudio Eçeverri İngiltərənin “Mançester
Siti” klubu ilə altı illik müqavilə bağlayacaq.

Bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, 17 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı oyunçunun
klubu olan Argentina təmsilçisi “River Pleyt”lə razılıq əldə edilib.

Eçeverri bu ilin sonuna qədər “River Pleyt”də qalacaq və 2025-ci ilin
yanvarında “şəhərlilər”ə qoşulacaq. Transferin ingilislərə 25 milyon avroya
başa gələcəyi bildirilir.

Qeyd edək ki, Klaudio Eçeverri 2023-cü ildə Argentina çempionatında beş oyun
keçirib, bir məhsuldar ötürmə verib.

Source link