Argentina Prezidenti Xavyer Miley 23 min məmuru işdən çıxardı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət qulluqçularının kütləvi
şəkildə işdən çıxarılması prosesinə başlayıb.
Məlumata görə, bu, 2023-cü il yanvarın 1-dən sonra işə götürülən bütün dövlət
qulluqçularına şamil olunub. Təxminən 23 min insan eyni anda işini itirib.
Bundan əvvəl Miley hökuməti idarə etmək xərclərini azaltmaq üçün nazirliklərin
sayını azaltmaq planlarını açıqlamışdı. O, qurumların sayının 18-dən 9-a
enəcəyini vəd verib.
Mənbə: “Brief” “Telegram” kanalı