0997c473-20f5-469f-b9ff-5dfce64fce4e..jpg

Argentinada Messi izdihamı: Yüzlərlə insan onu görmək üçün toplaşdı – VİDEO

Baxış sayı: 1. 113 dəfə baxılıb.

Argentinada Messi izdihamı: Yüzlərlə insan onu görmək üçün toplaşdı – VİDEO

Lionel Messi Dünya Kuboku şənliklərindən sonra ilk dəfə ölkəsi Argentinaya
səfər edib.

Ulduz futbolçunun paytaxt Buenos-Ayresdəki restoranlardan birində yemək
yediyini eşidən azarkeşlər məkana axışıblar.

Restoranın qarşısına toplaşan yüzlərlə insan “Messi” şüarları səsləndirərək
futbolçunun çıxmasını gözləyib. Yeməkdən sonra Messi insan selinin arasından
çətinliklə çıxaraq maşınına çatıb.

36 il sonra dünya çempionu olan Argentina millisi tarixi zəfərdən sonra ilk
oyununu martın 23-də Buenos-Ayresdəki “Monumental” stadionunda Panamaya qarşı
keçirəcək.

Mənbə: “NTV Spor”


Source link