Argentinada qadın futbolçunu övladlarının gözü qarşısında boğub öldürdülər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Argentinalı futbolçu Florensiya Qinyasu Las-Kanas şəhərindəki mənzilində
boğularaq qətlə yetirilib.
Məlumata görə, 30 yaşlı idmançını əri öldürüb, daha sonra isə intihar edib.
Bu zaman mənzildə cütlüyün iki övladı – yeddi yaşlı oğlan və beş yaşlı qız
olub.
Cəsədlərin qonşu tərəfindən aşkar edildiyi qeyd edilir. O, mənzilin qapısında
bir nəfərin qoyub getdiyi lövhəni görüb və orada “Polisə zəng edin, uşaqlar
təkdir” yazılıb.
Bildirilir ki, ötən ilin noyabrında futbolçu ərini zorakılıqda ittiham edib.
Qinyasu “Atletiko Argentino” komandasında çıxış edib.
Mənbə: TASS