Buenos-Ayres metropolitenində bədbaxt hadisə baş verib.
“Euronews” xəbər verir ki, platformada qatarı gözləyən kütlə arasında bir kişi qəfldən huşunu itirib.
Bu da azmış kimi, yıxılan zaman o bir qadını itələyib rels üstünə aşırır. Bu zaman stansiyaya qatar yaxınlaşırdı.
Yıxılan zaman huşunu itirən qadın yerindən tərpənməyib və yalnız sərnişinlərin şücayəti onu ölümdən xilas edib. Onların işarələrı maşinisti hadisə haqqında məlumatlandırıb və o qatarı qadından bir necə metr aralıda saxlaya bilib.
Daha sonra iki sərnişin relslərə enib qadına ilkin yardım göstəriblər.