0be97a01-466e-4cfe-b2ca-f721cd2cfe31..jpg

Argentinalı azarkeşlər səhvən öz komandalarının avtobusunu daşa basdılar

Baxış sayı: 742 dəfə baxılıb.

Argentinalı azarkeşlər səhvən öz komandalarının avtobusunu daşa basdılar

Argentinanın “Tiqre” klubunun azarkeşləri qeyri-adi hadisə ilə gündəmə
gəliblər.

Fanatlar Sudamerikana Kubokunda Braziliyanın “San-Paulu” klubu ilə ev
oyunundan öncə rəqib komandanın avtobusu olduğunu zənn edərək öz komandalarının
üzvlərini daşıyan nəqliyyat vasitəsini daşa basıblar. Hadisə cümə axşamı baş
verib. Bununla bağlı “Tiqre”nin futbolçusu Aqustin Kardozo özünün sosial şəbəkə
hesabında paylaşım edib. Daha sonra o, həmin paylaşımı silib.

Sözügedən matç “San-Paulu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: “Daily Mail”

Source link