Argentinalı futbolçular baş məşqçidən imtina edirlər

Baxış sayı: 2. 211 dəfə baxılıb.

Argentinalı futbolçular baş məşqçidən imtina edirlər

Argentina yığmasının futbolçuları indiki baş məşqçi Xorxe Sampaolinin dünya çempionatının qrup mərhələsinin sonuncu matçında komandaya rəhbərlik etməsini istəmirlər. 

ÇıxışYolu.Com-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, futbolçular yığıncaq keçiriblər və X.Sampaolinin Nigeriya ilə oyunda komandaya rəhbərlikdən azad olunmasının lehinə səs veriblər. 

Onun yerinə 1986-cı il dünya çempionu 58 yaşlı Xorxe Burruçaqanın gətirilməsi ehtimal olunur. Əgər X.Sampaoli vəzifəsindən azad olunsa, 17 milyon avro alacaq. 

Xatırladaq ki, Argentina yığması ötən gün Xorvatiya komandasına 0:3 hesabı ilə uduzub. Argentina iyunun 26-da Nigeriya millisi ilə qarşılaşacaq.

www.ÇıxışYolu.Com