Argentinalı hücumçu “Mançester Yunayted”in hədəfində
İngiltərənin “Mançester Yunayted” komandası Argentina millisinin və “River
Pleyt”in hücumçusu Xulian Alvaresi almaq niyyətindədir.
Premyer Liqanın “Vulverhempton”la ev oyunundan sonra “manikunianlı”lar
Mançesterdə Argentina millisinin 21 yaşlı futbolçusunun agenti ilə danışıqlar
aparacaq.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” Alvareslə 2026-cı ilə qədər
müqavilə bağlamağa hazırdır.
Argentinanın son çempionatında Alvares 20 oyun keçirib, 18 qol vurub və 6
məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı bombardiri olub.
Mənbə: Sports.ru