70b4e616-a1bf-465f-b9af-5e9841f2618f..jpg

Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib

Baxış sayı: 613 dəfə baxılıb.

Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təklif olsa da, Azərbaycan yığmasının məşqçisi olduğum üçün bundan imtina
etdim”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi
Arif Əsədov yığmadakı gələcəyi ilə bağlı danışarkən deyib.

54 yaşlı mütəxəssis yığma ilə müqaviləsinin uzadıldığını bildirib:

“Sözləşmə avtomatik olaraq yenilənib. Lakin bu barədə ictimaiyyətə məlumat
verilməyib. Düşünürəm ki, hər şey milliyə yeni baş məşqçi təyin olunduqdan
sonra öz təsdiqini tapacaq”.

Qeyd edək ki, Arif Əsədov 2020-ci ildən Azərbaycan millisində köməkçi məşqçi
vəzifəsində çalışır.

Source link