Arif Hacılının oğlu barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində
məhkəmə qərarından apellyasiya şikayəti verilib.
“Report”un məlumatına görə, şikayətə sabah, noyabrın 7-də Bakı Apellyasiya
Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən
Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi
yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.