Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə təqsirləndirilən Ə.Əbdüləziz iclasın əsassız şəkildə uzanmasını və düzgün araşdırılmadığını səbəb gətirərək, hakimlərə etiraz edib:
“Mənə qarşı qondarma ittiham irəli sürülüb. Lakin hakimlər bunu araşdırmır. İndiyədək verdiyim heç bir vəsatət təmin edilməyib. Buna görə məhkəmə tərkibinə etiraz edirəm, qoy, bu işə başqa hakimlər baxsın”.
Məhkəmə Ə.Əbdüləzizin vəsatətini baxılmamış saxlayıb.
Vəsatətə dekabrın 17-də baxılacaq.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!