Arif Qazıyevin adının keçdiyi dələduzluq işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi

Arif Qazıyevin adının keçdiyi dələduzluq işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi

Baxış sayı: 2. 285 dəfə baxılıb.

Arif Qazıyevin adının keçdiyi dələduzluq işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi

Bakıda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləziz barəsində olan hökmdən kassasiya şikayəti verib. 

ÇıxışYolu.Com xəbər verir ki, Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Şikayət hakim Tahir Kazımovun icraatına verilib və məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş və təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib. 

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.