Arif Rəhimov: Ödəməli olduğumuzdan çox ödəyirik

Arif Rəhimov: Ödəməli olduğumuzdan çox ödəyirik

Baxış sayı: 2. 746 dəfə baxılıb.

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov “RaceFans” saytına müsahibə verib.

ÇıxışYolu.Com f1news.ru-ya istinadən xəbər verir ki, Rəhimov təşkilatçıların “Formula 1” yarışlarının keçirilməsi hüququna görə qiyməti azaldılmasına nail olmaq istədiklərini deyib.

Sayt bildirilir ki, Azərbaycan Qran Prisinin promouterləri iyun ayına qədər “FOM” ilə müqavilənin uzadılıb-uzadılmayacağı barədə qərara gəlməlidirlər, çünki hazırkı 5 illik müqavilə 2020-ci ildə bitir.

Azərbaycan Qran Prisinin dəyəri isə digər promouterlərin ödənişindən təxminən 2 dəfə bahadır.

Arif Rəhimov bildirib ki, münasib yolla məsələnin həllinə çalışırlar:

“Əlbəttə, biz müqavilənin uzadılmasının mümkünlüyü barədə danışıqlar apararkən məbləğ müzakirə edilən aspektlərdən yalnız biridir. Bir tərəfdən, biz yarışın gələcəkdə də keçirilməsini istəyirik, digər tərəfdən isə başa düşürük ki, ödəməli olduğumuzdan yəqin ki çox ödəyirik. Ona görə də münasib həll yolu tapmağa çalışırıq.

Düşünürəm ki, bu layihə təkcə bizim üçün deyil, həm də bildiyimə görə, F1 üçün maraqlı idi. Azarkeşlər yarışı çox bəyəndi, onlar həm tribunadan, həm də TV-dən yarışları izləyirlər. İldən-ilə bizə başqa ölkələrdən daha çox tamaşaçı gəlir, bu isə çox şeydən xəbər verir. Bakının Formula 1 təqviminə daxil olmasını insanlar rəğbətlə qarşılayır və biz bu Qran Prini keçirdiyimizə görə şadıq”.

www.ÇıxışYolu.Com