Sovet hakimiyyəti Azərbaycan xalqına divan çəkdi. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?!
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.
“Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada “Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com