Arktikada mart ayında buzlaqların sahəsi rekord səviyyədə azalıb.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata görə, şimal qütbdə buzların ərimə səviyyəsi 2015, 2016 və 2017-ci illərin rekordlarını qırıb.
NASA-nın kosmik uçuşlar mərkəzinin klimatoloqu Kler Parkinsonun dediyinə görə, martın 17-də Arktikada buz təbəqəsinin ümumi sahəsi 14,48 milyon kvadrat kilometr təşkil edib.
Alimin sözlərinə görə, bu göstərici sərasər 13 il müşahidə olunan azalma trendinin davam etdiyini göstərir.
Parkinson bildirib ki, qış aylarının sonlarında buz təqəbəsinin rekord səviyyədə kiçilməsi dekabr, yanvar və fevral aylarında temperaturun normadan artıq olması ilə əlaqədardır.
“Arktika buzlaqlarının sahəsi kiçilməyə davam edir, bu trend planetin qütb yaxınlığında olan regionlarında havanın istiləşməsi ilə əlaqədardır. Əslində buna bir-birilə qarşılıqlı əlaqəli olan iki proses təsir göstərir, qış nə qədər isti keçirsə, o qədər az buz təbəqəsi formalaşır, daha çox buz əriyir. Buzlalqarın sahəsinin kiçilməsi nəticəsində isə Günəş torpağı daha yaxşı isidir və nəticə etibarı ilə Arktika daha da istiləşir” deyə klimatoloq bildirib.