Rusiyanın Arktika regionundakı hərbi hissələri “T-80BVM” tankları ilə təchiz olunmağa başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “İzvestiya” məlumat yayıb.
Sözügedən tankları sürətinə və özünəməxsus mühərrik səsinə görə “reaktiv” tank adlandırırlar. “T-80BVM” yüksək şaxtada asanlıqla işə düşən qaz-turbin mühərriki ilə təchiz olunub.
Mənfi 40 dərəcə temperaturda belə, ağır texnika bir neçə dəqiqə ərzində tam hərbi hazır vəziyyətə gətirilir. Halbuki, dizel mühərrikləri ilə çalışan digər tankların motorlarının isidilməsinə yüksək şaxtada 40 dəqiqəyə yaxın vaxt tələb olunur.
Rusiya müdafiə nazirliyi 2018-ci ilin sonuna kimi Murmanskdakı motoatıcı briqadasını tam olaraq “T-80BVM” tankları ilə təchiz etməyi planlaşdırır.