65e4086d-fc4c-4128-af3b-5613485fb660.jpg

Arne Slot “Liverpul”da rekorda imza ataraq adını klubun tarixinə yazdırıb

Baxış sayı: 27 dəfə baxılıb.

“Liverpul” klubunun ən yaxşı baş məşqçisi adına yiyələnən Arne Slot rekorda
imza atıb.

Cixisyolu.com xəbər verir ki, təcrübəli mütəxəssis ötən gecə Çempionlar Liqasının
Liqa mərhələsinin 2-ci turunda “mersisaydlılar” “Bolonya”nı 2:0 hesabı ilə
məğlub ediblər.

Bu nəticə ilə “Liverpul” Arne Slotun rəhbərliyində 8-ci qələbəsini qazanıb.

Bununla da 45 yaşlı mütəxəssis “Liverpul” tarixində 9 oyunun 8-də qələbə
qazanan ilk məşqçi olub.

Qeyd edək ki, Arne Slot beşi Premyer Liqada, ikisi Çempionlar Liqasında, biri
isə Liqa Kubokunda olmaqla səkkiz qarşılaşmada qalib gəlib.

Source link