Arpadarai: Bakı Qran-Prisi daha iki il təqvimdə olacaq

Arpadarai: Bakı Qran-Prisi daha iki il təqvimdə olacaq

Baxış sayı: 2. 565 dəfə baxılıb.

“Formula-1” Azərbaycan Qran-Prisinin növbəti mərhələsinin Mayamidə keçiriləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan xəbərlər həqiqətə uyğun deyil. 

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. 

“Qran-Prinin Mayamidə keçiriləcəyi məsələsini şərh etməyəcəyik. Bu, şəhər icra hakimiyyəti ilə “Formula-1” rəhbərliyi arasında razılaşdırılır. Bakı Qran-Prisinin Mayami yarışlarına aidiyyəti yoxdur”, – o bildirib. 

Arpadarai qeyd edib ki, yeni marşrut xətləri əlavə olunsa da, Azərbaycan Qran-Prisi minimum iki il ölkəmizdə keçiriləcək. 

“Çünki tərəflər arasında müqavilə imzalanıb”, – marketinq və kommunikasiya şöbəsinin rəhbəri əlavə edib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com