“Arsenal” Bakı səfəri öncəsi Liqa Kubokunda mərhələ adladı

Baxış sayı: 3. 460 dəfə baxılıb.

“Arsenal” Bakı səfəri öncəsi Liqa Kubokunda mərhələ adladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda qəbul edəcəyi İngiltərənin “Arsenal” klubu daha bir qələbə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, London klubu bu gün Liqa Kubokunda I divizion təmsilçisi “Brentford”la qarşılaşıb. 

Görüş Unai Emerinin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal”dan qolları Deni Uelbek (2) və Aleksandr Lakazet vurub. Bununla da “Arsenal” Liqa Kubokunda növbəti mərhələyə adlayıb.

Xatırladaq ki, “Arsenal” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda “Qarabağ”la qarşılaşacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com