İngiltərə Premyer Liqasının (İPL) 9-cu turunun “Arsenal” – “Liverpul” oyunu
başa çatıb.
Cixisyolu.com xəbər verir ki, komandalar Liverpuldakı “Emireyts” stadionunda
qarşılaşıblar. Matçı Entoni Teylorun rəhbərlik etdiyi hakimlər briqadası idarə
edib. Görüş heç-heçə başa çatıb. Yekun hesab 2:2.
Londonluların qollarına Bukayo Saka və Mikel Merino imza atıblar. Qonaqlar
Vircil van Deyk və Məhəmməd Salahın dəqiq zərbələri ilə cavab veriblər.
Hazırda “Liverpul” İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdədir.
Arne Slotun komandası doqquz görüşdən sonra 22 xal toplayıb. “Arsenal” 18 xalla
üçüncü pillədə qərarlaşıb. İPL-in 2024/2025 mövsümünün turnir cədvəlinə doqquz
oyundan sonra 23 xal toplayan “Mançester Siti” başçılıq edir.