İngiltərənin “Arsenal” və Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Emanuel Ebue Britaniya polisi tərəfindən həbs olunub.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb 35 yaşlı afrikalı veteranın öz evində qəsdən yanğın törətməsi olub.
Hazırda polis tərəfindən dindirilən Ebuenin vəkilə ehtiyacı olduğu bildirilir. Emanuelin psixoloji durumunda ciddi problemləri var.
Qeyd edək ki, bir müddət öncə həyat yoldaşından boşanan və iflasa uğrayan Emanuel Ebue dəfələrlə intihara cəhd edib.