“Arsenal”ın daha bir futbolçusu Bakıya gəlməyə bilər

Baxış sayı: 2. 376 dəfə baxılıb.

“Arsenal”ın daha bir futbolçusu Bakıya gəlməyə bilər

İngiltərənin “Arsenal” klubunun daha bir müdafiəçisi UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oktyabrın 4-də Bakıda keçiriləcək matçda “Qarabağ”a qarşı oynamaya bilər.

ÇıxışYolu.Com xəbər verir ki, yunanıstanlı Sokratis Papastatopulos İngiltərə Premyer Liqasının “Everton”la keçirilən qarşılaşmasında (2:0) zədə alıb.

Dortmund “Borusiya”sının sabiq mərkəz müdafiəçisi dizindən zədə aldığı üçün 39-cu dəqiqədə yerini Rob Holdinqə verməli olub. Onun zədəsinin nə qədər ciddi olduğu barədə həkimlər bu gün qəti söz söyləyəcək.

Qeyd edək ki, “Arsenal”da bundan əvvəl digər müdafiəçilərin “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşmişdi. London klubunun fransalı kapitanı Loran Kosyelni və bosnak əsilli almaniyalı sol cinah müdafiəçisi Sead Kolaşinatsın, o cümlədən gənc yarımmüdafiəçi Enzli Meytlənd-Naylzın Bakıya gəlməyəcəyi dəqiqdir. Həmçinin erməni futbolçu Henrix Mxitaryanın da topuq nahiyəsində zədəsi var.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com