UEFA Avropa Liqasının “Arsenal” – “Atletiko” matçında London klubunun almaniyalı futbolçusu Məsut Özilin hərəkəti Avropa mediasının gündəminə düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, künc zərbələrindən biri zamanı onun üzərinə madridli azarkeşlər tərəfindən bir hissəsi yeyilmiş çörək (buterbrod) atılıb.
Milliyyətcə türk olan Özil isə həmin çörəyi yerdən götürüb və onu öpüb alnına basdıqdan sonra kənara qoyub. Bu isə “Arsenal” azarkeşlərinin alqışlarına səbəb olub.
Qeyd edək ki, 2015-ci ildə oxşar hadisəni Almaniya doğumlu daha bir türk futbolçu edib. Belə ki, hazırda “Milan”da çıxış edən Hakan Çalhanoğlu “Bayer”in futbolçusu olarkən üzərinə “Şalke” azarkeşləri tərəfindən çörək atılıb. O da Məsut Özil kimi çörəyi öpüb alnına basdıqdan sonra künc zərbəsini yerinə yetirmişdi.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com