“Arsenal”ın futbolçusuna banan qabığı atan azarkeş cəzalandırıldı

Baxış sayı: 3. 358 dəfə baxılıb.

“Arsenal”ın futbolçusuna banan qabığı atan azarkeş cəzalandırıldı

Məhkəmə İngiltərə Premyer Liqasının 14-cü turunda “Tottenhem”lə matçda qol vuran “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanqa banan qabığı atan azarkeşi cəzalandırıb.

ÇıxışYolu.Com xəbər verir ki, əslən yunan Kiprindən olan Averof Panteli adlı azarkeş irqçi hərəkət etdiyi üçün ona dörd il müddətinə stadionlara girmək qadağa olunub. 

Panteli həmçinin 635 avro məbləğində cərimə ödəməli olacaq. 

Bundan başqa “Tottenhem” klubu da ona ömrünün sonunadək komandanın oyunlarına gəlmək qadağası tətbiq edib.

Qeyd edək ki, həmin görüş “Arsenal”ın əzəli rəqibinə 4:2 hesabı ilə qalib gəlməsi ilə nəticələnib. Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq bu matçda dubl edib və assistə imza atıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com