51a60ccd-0bec-4b56-9f83-4863c3bcbc19..jpg

“Arşın mal alan” filminin kadrarxası görüntüləri – VİDEO

Baxış sayı: 924 dəfə baxılıb.

“Arşın mal alan” filminin kadrarxası görüntüləri – VİDEO

1945-ci ildə lentə alınan “Arşın mal alan” bədii filminin çəkilişlərinin
kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb.

Görüntülər “AzTV Tarix” “YouTube” kanalında yayımlanıb. Lent yazısında
aktyorlarla yanaşı, filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları
yer alıb.

Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar
Atakişiyev və Muxtar Dadaşovdur. “Arşın mal alan” tammetrajlı bədii filmi
1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub.

Filmdə gənc “tacir Əsgər” rolunu Xalq artisti Rəşid Behbudov, “Gülçöhrə”
rolunu isə Xalq artisti Leyla Bədirbəyli (Cavanşirova) ifa ediblər.

Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin
siyahısına daxil edilib.


Source link