3a425abf-5218-4a08-b96e-7cfc1cd63c11..jpg

“Arşın mal alan” operettası Çini necə fəth etdi? – Baş rejissor DANIŞDI + FOTO

Baxış sayı: 883 dəfə baxılıb.

“Arşın mal alan” operettası Çini necə fəth etdi? – Baş rejissor DANIŞDI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya ölkələrində
səhnələşdirilir. “Arşın mal alan” tamaşasının şöhrəti isə daha böyükdür. Hətta
Çində bu tamaşa öz ölkəsinin aktyorlarının ifasında nümayiş etdirilib.

Çinlilərin “Arşın mal alan” tamaşasını sevməsinin əsas səbəbi nədir?

Moderator.az-a açıqlama verən Əməkdar İncəsənət xadimi Hafiz Quliyev bildirib
ki, “Arşın mal alan” operettası dünyanın 90-dan çox ölkəsində səhnəyə qoyulub.
Ən maraqla qarşılananı isə əlbəttə ki, Çin olub.

“Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası dünyanın əksər
ölkələrində nümayiş etdirilib. Bu filmin Çində məşhur olmasının isə maraqlı
tarixçəsi var. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi dünyanın 140
ölkəsində nümayiş olunur. Elə həmin ildə də filmi Çinin lideri Mal Tszedun
izləyir. Film o qədər xoşuna gəlir ki, baş rol – Əsgər bəyi oynayan Rəşid
Behbudovu Çinə dəvət edir. Filmin uğurunu görən Mal Tszedun həmin filmin Çin
versiyasını çəkmək haqda göstəriş verir. 1952-ci ildə “Örtük altında məhəbbət”
filmi ekranlara çıxır. Çində bu əsər əslində 1956-cı ildə səhnəyə qoyulmuşdu.
Çin rejissoru tərəfindən. O vaxt bu tamaşa çox populyarlıq qazandı. Fikir də
ordan yaranıb ki, bu əsər yenidən səhnələşdirilsin, bu dəfə də Azərbaycan
rejissoru dəvət olunsun. Məni Çinə dəvət etdilər. 1956-cı ildə qoyulan
tamaşanın bir neçə aktyoru hələ sağ idi. Biz tərcüməçi vasitəsilə məşqlər
edirdik. Çox qəribədir, 21 yaşında çinli aktrisa Gülçöhrəni oynayırdı. Məşq
edirdik, deyirdi ki, “olar qalıb iki-üç saat bir az da artıq məşq edək?”.
Tamaşaya da vurğunluğu var idi. Çin teatr məktəbi tamam fərqlidir. Onlar
simvollarla işləyirlər. Çin aktyorlarının bu tamaşaya, musiqiyə vurğunluğunu
bir daha hiss etdim. Başqa tamaşaların məşqlərindən çıxıb bu tamaşanın məşqinə
gəlirdilər. Bu musiqidə qəribə nəsə var ki, insanları özünə çəkir. Üzeyir
Hacıbəyli Azərbaycan millətinin ruhunu gözəl bilirdi, o bu ruhu musiqiyə köçürə
bilmişdi. Oturub məşq edirdik, birdən gördüm bir nəfər içəri girib dedi ki,
“salam Rəşid Behbudov”. Hamı qalxdı ayağa, sən demə 1956-cı ildə baş rolu
oynayan aktyor idi. Dedilər, biz sevindik ki, tamaşanı yenidən
səhnələşdirirsiniz. Tamaşa Çin tərəfindən sonra Beynəlxalq festivallarda
nümayiş etdirildi. Təəccüblüdür. Təkcə Pekində 70-80 teatr var, hər gün nə
qədər tamaşa səhnələşdirilir, amma onlar festivala bu tamaşanı göndərdilər.
Tamaşa onlara gəlir gətirdi, mənə zəng edib təşəkkür etdilər. Üzeyir
Hacıbəylinin musiqisi bütün dünyanı zəbt edə bilir”, – deyə sənətçi bildirib.

Source link