“Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası
nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa Marionet Teatrının yaranmasının 35, “Arşın mal
alan” operettasının 110 illiyinə həsr edilib.
Səhnə əsəri bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə
səsləndirilib.
Marionet tamaşasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Tərlan
Qorçu, musiqi aranjemançısı Cavanşir Quliyev və kukla rəssamları Elman
Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.