80a5e371-41ac-4f58-88bc-5ec9edb5526c..jpg

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir – VİDEO

Baxış sayı: 532 dəfə baxılıb.

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya
bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən
cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların
döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

Həmçinin silahlanmada olan universal radiolokasiya komplekslərindən və
pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin
izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması,
eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə
endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub.

Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının
artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi
vərdişlərinin təkmilləşdirilməsinə, döyüş əməliyyatları zamanı digər qoşun
növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldilib.


Source link