Artıq “TikTok”da bəzi mahnılardan fon səsi kimi istifadə mümkün olmayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini “TikTok”dan
siləcək. Buna səbəb şirkətlərin yeni lisenziya razılaşması əldə edə bilməmələri
olub.
Məlumata görə, dünyanın ən böyük musiqi nəşriyyatına sahib şirkət Taylor
Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd” və Dreykin
treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxarmağı planlaşdırır.
Artıq UMG-yə məxsus mahnıları olan istifadəçi videolarında səs bağlanacaq,
hesab sahiblərindən isə kontent üçün başqa musiqilər seçmələri istəniləcək.
Musiqi şirkəti hesab edir ki, sosial şəbəkə sənətçilərə kifayət qədər pul
ödəmir. Onların sözlərinə görə, bir milyarddan çox qeydiyyatdan keçmiş
istifadəçisi olan “TikTok”dan yalnız 1% gəlir var.
UMG – dünyanın ən böyük biznes şirkəti, həmçinin səsyazma leyblərinin ana
şirkəti və media holdinqdir. O, “Səsyazma leyblərinin böyük üçlüyü”nün ən
nüfuzlusudur. Şirkətin müxtəlif ölkələrdə regional ofisləri var.