Artıq zülal erkən ölümə səbəb olur

Artıq zülal erkən ölümə səbəb olur

Baxış sayı: 2. 376 dəfə baxılıb.

Qida rasionunda normadan artıq zülal kişilərdə ürək çatışmazlığına gətirib çıxarır.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı fin tədqiqatçıların elmi işi “Circulation: Heart Failure” jurnalında dərc olunub.

Tədqiqatda 42-60 yaşlarında olan 2500 kişi iştirak edib. Bir neçə gün ərzində onların gündəlik olaraq hansı ərzaq məhsulları ilə qidalandığı ilə bağlı məlumat toplanıb. Ardınca tədqiqatçılar könüllüləri gündəlik zülal qəbulu miqdarından (78 qramdan 109 qrama qədər) asılı olaraq dörd qrupa bölüb. 

Alimlər onları 22 il ərzində müşahidə edib. Könüllülərdən 330 nəfərə ürək çatışmazlığı diaqnozu qoyulub.

Məlum olub ki, bu illər ərzində daha çox zülallı qidalar qəbul edən kişilərdə bu xəstəliyə tutulma riski 33 faiz çox olub. 

Bundan başqa digərləri ilə müqayisədə zəngin zülal mənbəyi kimi qırmızı ət və süd məhsulları ilə mütəmadi olaraq qidalanan insanlarda ürəklə bağlı problemlər 1,5 dəfə çox rast gəlinib.

.
www.ÇıxışYolu.Com