Artur Rasi-zadə: Ömür deyir, qocalmısan, ürək deyir, yaşa hələ

Artur Rasi-zadə: Ömür deyir, qocalmısan, ürək deyir, yaşa hələ

Baxış sayı: 2. 153 dəfə baxılıb.

İşdən çıxmağımla bağlı heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən, istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib.

Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, “Ömür deyir, qocalmısan, ürək deyir, yaşa hələ!”

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu “Yeni Müsavat”a müsahibəsində sabiq baş nazir Artur Rasi-zadə deyib.

A.Rasi-zadə bildirib ki, idmanla məşğul olur, əsasən, piyada gəzməyi xoşlayır.

“Bir az vaxt keçəndən sonra, görək, nə ilə məşğul olacağıq. Fikirlər qalır. Necə deyərlər, beyin işləyir. Neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi. “Xalq düşməni” damğası və sairə”.

Sabiq baş nazir qeyd edib ki, onu narahat edən əsas məsələ Dağlıq Qarabağ münaqişəsidir. 

“Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

Ümumilikdə, bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq”.

www.ÇıxışYolu.Com