2be8192c-a7e3-4771-a661-d23a9910245e..jpg

Arvadını amansızlıqla öldürən şəxsə hökm oxunub

Baxış sayı: 624 dəfə baxılıb.

Arvadını amansızlıqla öldürən şəxsə hökm oxunub

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qusarda arvadını bıçaqlayaraq öldürməkdə
təqsirli bilinən Farik Mollayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Mollayev 16 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.

Qərara görə, F.Mollayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə Qusarın Piral kəndində baş verib.

Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı
Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerində keçinib.

Cinayəti törətməkdə şübhəli bilinən Farik Mollayev polis əməkdaşları
tərəfindən saxlanılıb.

Source link