47b0043d-f7ad-4ece-a7af-5d949d0692cd..jpg

Arvadını başqa şəxslə yazışmasına görə döyən kişi məsuliyyətdən azad edildi

Baxış sayı: 1. 038 dəfə baxılıb.

Arvadını başqa şəxslə yazışmasına görə döyən kişi məsuliyyətdən azad edildi

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Samir Həsənovun
(şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, Samir Əliyev cinayət məsuliyyətindən azad edilib, iş üzrə
icraata xitam verilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən
binaların birinin qarşısında yerləşən uşaq meydançasında qeydə alınıb. Samir
Həsənov qısqanclıq zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Sona
Həsənovanın (şərti) sifət nahiyəsinə yumruqla qəsdən bir neçə zərbə vurub.

Məhkəmədə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Samir ifadəsində
qeyd edib ki, evlərində mübahisə etdikdən sonra Sona atasıgilə gedib. Hadisədən
3-4 gün sonra onların məhəlləsi tərəfdən keçəndə arvadının skamyada oturduğunu,
telefonla kiminləsə yazışdığını görüb. Sona Samiri görən kimi telefonu tez
cibinə qoyub. O, həyat yoldaşından kiminlə yazışdığını soruşduqda qadın cavab
verməyib. Samir Sonadan telefonu ona verməsini tələb edib, lakin qadın imtina
edib.

Samir Həsənovun sözlərinə görə, daha sonra o, arvadının sifət nahiyəsinə bir
neçə zərbə endirib.

Hazırda onlar barışıb, Sona ərindən şikayətçi olmadığını məhkəməyə bildirib.

Source link