271bb106-666e-44a3-a856-98ea67aa46bd.jpg

Arvadını bıçaqlayan 60 yaşlı qısqanc kişiyə hökm oxundu

Baxış sayı: 170 dəfə baxılıb.

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada
təqsirləndirilən Bayram Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən
azad olunub.

İttihama görə, hadisə 20 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Abşeron
rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Bayram Fərəcov ailə üzvləri ilə birlikdə
yaşadığı evdə arvadı, zərərçəkmiş Nigar Fərəcovanı (şərti) başqa şəxslərlə
ünsiyyətdə olmasında günahlandırıb. Bu səbəbdən onların arasında qısqanclıq
zəminində mübahisə yaranıb. Sonra Bayram Fərəcov mətbəx bıçağını götürüb
qadının bel və ayaq nahiyələrinə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib.

Hadisədən sonra Nigar Fərəcova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng
edərək məlumat verib və Bayram Fərəcov saxlanılıb.

Nigar Fərəcova məhkəmə bildirib ki, hazırda təqsirləndirilən şəxslə barışıb,
ona qarşı şikayət və tələbi yoxdur və ərinin barəsində cinayət təqibinə xitam
verilməsini xahiş edib.

Source link