Arvadını bıçaqlayan şəxs dəlixanaya göndərildi

Arvadını bıçaqlayan şəxs dəlixanaya göndərildi

Baxış sayı: 3. 442 dəfə baxılıb.

Arvadını bıçaqlayan şəxs dəlixanaya göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən İlqar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb. 

Qərara əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib və o, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. 

İttihama görə, İ.Aslanov həyat yoldaşı Nübar Aslanovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. 

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Əhmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com