Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə
29,120.2.4-cü maddəsi üzrətəqsirləndirilən şəxs Elməddin Üzeyir oğlu İsmayılovun
məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
“Unikal”ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs Elməddin İsmayılov
sərbəst ifadə verib:
“Yoldaşıma 3 bıçaq vurmuşam, ekspert 9 bıçaq yazıb. Hadisə vaxtı özümdə
olmamışam, günah məndə olub. Yoldaşım mənim telefonumda mesencerdə qızla
danışığımı tutub. Mən işdə idim, həmin yazışmanı skrin edib mənə atdı. Mən də
dedim ki, bir də belə şey olmaz. Amma aramızda mübahisə bitmədi. Mən işdən
çıxıb kafedə spirtli içki olan pivə içdim, gəldim evə. Aramızda mübahisə oldu,
bıçağı götürüb qarnına vurdum. Ani oldu, gördüm əllərim qanın içindədir. Həmin
vaxt evdə qonşuluqda yaşayan qaynımın arvadı da var idi. O da hadisəni görüb
qışqırırdı. Əvvəlcə təcili yardıma zəng vurdum, sonra getdim iş yerimə, orada
dedim ki, belə bir cinayət eləmişəm. Sonra polis çağırdılar.
Hakim təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədə
verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan Elməddin İsmayılovun ilkin
ifadəsi elan olunub. Məlum olub ki, Elməddin İsmayılov ilkin ifadəsini oxumamış
imzalayıb.
Sonra cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Xatın İsmayılova ifadə
verərək bildirib ki, həyat yoldaşını bağışlayıb:
“Hər bir insanın həyatında belə bir hadisə olur. Elməddinin mesencerini
yönləndirmişdim öz nömrəmə. Gördüm o başqa qızla yazışır. Hadisə olan gün
qardaşımın yoldaşı ilə uşaqlarımı həyətdə gəzdirirdim. Gəldim evə, gördüm ev
dağınıqdır, Elməddin paltarlarını yığışdırıb getmək üçün. Biz gördük Elməddin
oturub pilləkəndə. Mən uşağı yelləyirdim yatırtmaq üçün otaqda, çevriləndə
gördüm Elməddin bıçaqla dayanıb başımın üstündə. Vurduqdan sonra otaqda sürüdü
məni.
Ekspert bıçaq xəsarətləri ilə bağlı nə varsa, onunla bağlı rəy verib. İbtidai
istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şikayətim yoxdur, uşaqlarımın
atasıdır, mənə pis həyat yaşatmayıb. Qorxuram ki, həbsxanadan çıxar gələr, yenə
mənə xəsarət yetirər”.
Məhkəmə prosesi noyabrın 26-na kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə bu il iyunun 9-da Bakının Səbail rayonu, 20-ci Sahə
ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Xatın Ehtiram qızı İsmayılova
həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi
məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla
adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.