Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun
(şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət
məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 27 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində
Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Rəşad Zəfərov yaşadığı ünvanda arvadı, zərərçəkmiş Maya Zəfərova
(şərti) ilə çörəkpulu kartına görə ailədaxili münasibətlər zəminində mübahisə
edib. Bu zaman o, qadının üzərinə hücum edib, yumruq ilə onun başına zərbə
endirərək xəsarətlər yetirib.
Daha sonra Maya Zəfərovanın şikayəti əsasında Rəşad Zəfərov cinayət
məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.