Arvadını öldürənə 17 il cəza

Arvadını öldürənə 17 il cəza

Baxış sayı: 2. 122 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon sakini Elgün Ağasənovun (1986-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bu il yanvarın 9-da Xırdalan şəhəri, “20 Yanvar” küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Elgün Ağasənov yaranmış mübahisə zamanı
həyat yoldaşı Axirə Nadirovaya (1994-cü il təv.) bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu qətlə yetirib. 

Daxil olan məlumat əsasında hadisə yeri Abşeron RPİ və prokurorluq əməkdaşları tərəfindən müayinə olunub. 

İş üzrə dindirilmiş Elgün Ağasənov bildirib ki, cinayəti qısqanclıq zəmnində törədib. Belə ki, hadisədən bir müddət əvvəl Nadirova boşanmaq üçün məhkəməyə müraciət edib. 

Ayın 9-da isə evə gəldikdə o, qadının özünə məxsus əşyalarını yığıb, getməyə hazırlaşdığını görüb. Buna görə aralarında mübahisə baş verib və Elgün Axirəyə bıçaqla zərbələr endirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ÇıxışYolu.Com