Arvadını öldürənə 18 il cəza istədilər

Arvadını öldürənə 18 il cəza istədilər

Baxış sayı: 2. 719 dəfə baxılıb.

Arvadını öldürənə 18 il cəza istədilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev çıxış edib. 

O, Z.Rəsulovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses oktyabrın 19-da davam etdiriləcək. 

Qeyd edək ki, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı bıçaqla qətlə yetirib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com