Arvadını öldürən şəxs yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun barəsindəki
hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar
İbrahimovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 26-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Cəfərov 14 il müddətinə
azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2021-ci il iyulun 8-də Xəzər rayonunun Binə qəsəbəsində
qeydə alınıb.
Belə ki, 1980-cı il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi
zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə
Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin
bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.
Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi
ilə ittiham olunub.