Arvadını öldürərək üç ay soyuducuda saxlayıb

Baxış sayı: 2. 279 dəfə baxılıb.

Arvadını öldürərək üç ay soyuducuda saxlayıb

Çində 31 yaşlı ərin arvadını öldürərək cəsədini üç ay ərzində soyuducusunda saxladığı ortaya çıxıb. 

ÇıxışYolu.Com xəbər verir ki, dəhşətli hadisədən sonra məhkəmədə törətdiyi cinayətə görə peşman olmadığını deyən cani ərə edam cəzası verilib.

Cinayətkarın arvadını boğaraq öldürdüyü, daha sonra evlərinin eyvanındakı soyuducuda saxladığı ortaya çıxıb.

Polisin açıqlamasına görə, cani ər aralarında yaranan mübahisədən sonra arvadını öldürüb və onun pulları ilə başqa bir qadını istirahətə göndərib. Cinayətin törədilməsinin anlaşıldığından narahat olan şübhəlinin polisə gedərək təslim olduğu qeyd edilib.

www.ÇıxışYolu.Com