Arvadını öldürməyə cəhd edənə ağır cəza

Arvadını öldürməyə cəhd edənə ağır cəza

Baxış sayı: 3. 715 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Kamran Quliyevin Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyulun 18-də Maştağa qəsəbəsi Albalılaq yaşayış massivində Kamran Quliyev ailə münaqişəsi zəmnində həyat yoldaşı 1994-cü il təvəllüdlü Fərqanə Rəhimovaya çoxsaylı bıçaq zərbələri vurub. 

Nəticədə qadın ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. Həmin gün Quliyevi Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları saxlayıblar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

C.H.
www.ÇıxışYolu.Com