b19e4df5-bded-407a-99e7-b89ff1c31c57..jpg

Arvadını öldürüb intihara cəhd etdi: Yevlaxda baş verən qətlin TƏFƏRRÜATI – YENİLƏNİB + VİDEO

Baxış sayı: 745 dəfə baxılıb.

Arvadını öldürüb intihara cəhd etdi: Yevlaxda baş verən qətlin TƏFƏRRÜATI –
YENİLƏNİB + VİDEO

Yevlaxda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Tanrıqulular kəndində baş
verib.

Kənd sakinlərinin iddiasına görə, arvadını öldürüb intihara cəhd edən şəxsin
son vaxtlar psixoloji problemləri yaranıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Tanrıqulular kənd sakini 60 yaşlı
Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 63 yaşlı Mehman Zamanovun
aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər
yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət
yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

İntihara cəhd edən kişi xəstəxanaya yerləşdirilib.

Fakta görə cinayət işi başlanıb.

Ətraflı süjetdə:

11:40

Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib,
daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tanrıqulular
kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü
Zinyət Əyyub qızı Zamanova iki bıçaq xəsarəti ilə qətlə yetirilib. Bıçaq
zərbələrindən biri onun ürək nahiyəsinə dəyib.

İntihara cəhd edən kişi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Source link