36c9badc-db88-46c5-a7ad-835188254635..jpg

Arvadını yuxudan oyadıb, uşaqlarının gözü qarşısında cinayət törətdi – VİDEO

Baxış sayı: 891 dəfə baxılıb.

Arvadını yuxudan oyadıb, uşaqlarının gözü qarşısında cinayət törətdi – VİDEO

2021-ci il sentyabrın 6-da Günay Yusubovanın bıçaq yaraları alması barədə
polis bölməsinə məlumat daxil olub. Hadisənin Pirşağı qəsəbəsi, Bağlar
massivində baş verdiyi ortaya çıxıb.

İstintaqla müəyyən edilib ki, Ağa Yusubov rəsmi nikahda olduğu arvadı Günay
Yusubovanın xəyanət etməsini bəhanə gətirməklə, heç bir əsaslı səbəb ortaya
qoymadan qəsdən onu öldürmək qərarına gəlib. Qadının ona xəyanət etməsindən
şübhələnsə də, bununla bağlı heç bir sübutu olmayıb. 2021-ci il sentyabrın 5-də
evdə söhbət edərkən Günay növbəti gün qayınanasının ad günü olmasını və
uşaqları ilə birlikdə ona sürpriz edəcəklərini deyib. Arvadının xəyanət
etməsindən şübhələndiyi üçün “sürpiz” sözünü bu tərzdə deməyi onu narahat edib.
Həmin sözdən belə nəticəyə gəlib ki, övladlarının atası o yox, başqa şəxsdir.

Sentyabrın 6-da səhər saat 6 radələrində evin qonaq otağında, divanda
övladları ilə birlikdə yatan yoldaşını yuxudan oyadaraq, sinəsinə bıçaqla ilk
zərbəni endirib. Qadının qışqırıq səsinə yanında yatan azyaşlı oğlu və qızı
oyanaraq, ağlamağa başlayıblar. Onların gözləri önündə, müstəsna dərəcədə
rəhmsizliklə arvadının bədəninin müxtəlif nahiyələrinə daha 5 zərbə endirib.
Zərbələrin təsirindən bıçağın tiyəsi əyildiyi, habelə anası gəlib, ona mane
olduğu üçün yoldaşı otaqdan qaçıb. Günay Yusubova anası və hadisə yerinə gəlmiş
digər şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırıldığından, iradəsindən asılı
olmayan səbəbə görə Ağa Yusubov cinayət əməlini başa çatdıra bilməyib.

Günay Yusubova bildirib ki, narkotik vasitələrdən istifadə edən ərinin
psixologiyası pozulub, aqressiv olub, əsassız olaraq onu qısqanıb. Yoldaşı çox
güman ki, narkotik vasitənin təsiri altında olduğu üçün onu qətlə yetirmək
istəyib. Əgər Ağanın əlindəki bıçaq əyilməsə idi və qayınanası ilə qonşuları
köməklik göstərməsə idilər, ərinin məqsədi onu öldürmək olub.

Ağa Yusubov əvvəllər FHN-də xilasedici işləyib. 2002-ci ildən narkotik vasitə
– marixuanadan istifadə edib. Bununla əlaqədar bir neçə dəfə müalicə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Yusubov cəzasını ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Source link