753d1faa-5577-4384-90f2-785146d6931a.jpg

Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü

Baxış sayı: 254 dəfə baxılıb.

Ali Məhkəmədə Xırdalanda həyat yoldaşını öldürməkdə və oğluna müxtəlif
dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirləndirilən Ağaməhəmməd Əhmədovun
barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə
keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini
geri götürüb.

Hadisə 2021-ci ilin dekabrında Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində
qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü A.Əhmədov yaşadığı evdə aralarında
yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı qətlə
yetirib, oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən
xəsarətləri yetirib.

Daha sonra A.Əhmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə),
29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham
irəli sürülüb.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 17 il
6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin
qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Source link